Ofis Ziyarəti “ERZ Ofis Mebeli” – 11.10.2023

Bu gün 2022-2023 Marsol Group sponsoru “ERZ Ofis” mebel şirkətində baş tutan ofis ziyarətindən fotoları sizlərə təqdim edirik. Görüş çərçivəsində iştirakçılar şirkətin ofisində təşkil olunan çay süfrəsi ətrafında B2B müzakirələr aparıblar. Bununla yanaşı səmimi mühitdə bir-birilərilə öz biznes təcrübələrini bölüşüblər. Ardından şirkətin rəhbəri Rəşad Babayev və Zaur Hüseynov təqdimat edib, şirkətin fəaliyyətləri və məhsulları haqqında fikir mübadiləsi aparılıb. Daha sonra sahibkarlar məhsullarla daha yaxından tanış olmaq məqsədilə şourumu gəziblər.

Nəzərinizə çatdıraq ki, Azərbaycanın ən aparıcı ofis mebeli brendlərindən biri olan “ERZ Ofis” mebel şirkəti, səmərəli ofis və layihələr hazırlamaq və rahat iş yerləri yaratmaqdan ilhamlanaraq 2016-cı ildən ofis mebelləri, ofis kresloları, yumşaq mebel, özəl layihələr, təhsil və tədris mərkəzləri, dövlət və özəl müəssisələri üçün müxtəlif təyinatlı mebellərin sifarişini həyata keçirir.

İştirak edən hər kəsə təşəkkür edir fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Kila Group
Profdez
Mesa Group
ATO Slim
Klimatex
Başak Group
TİS (Ağıllı ev sistemləri)
Maqro Construction