İşgüzar Səhər Yeməyi “Prive Steak Gallery” – 11.10.2023

Bu gün xanım partnyorların da iştirakı ilə “Prive Steak Gallery” restoranında “İşgüzar Səhər Yeməyi” çərçivəsində bir araya gəldik. İştirakçılar səhər yeməyinin ardından bir-birilərilə tanış oldular. Görüşdə dövlət qurumlarından Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Eldar Həmidov da iştirak edərək fondun fəaliyyət istiqamətləri, o cümlədən işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək mexanizmləri barədə məlumat verdi.

Görüşün davamında partnyorumuz “Fenstar” şirkətinin təqdimatı baş tutdu. Təqdimat çərçivəsində şirkətin rəhbəri Araz Xankişili PVC və alüminium qapı-pəncərə istehsalındakı incəliklər və istehsal olunan məhsulların fərqliliyi haqqında məlumat verdi. Həmçinin, şirkətin xidmətləri ilə bağlı hazırlanmış video çarx izlənildi.

Görüşün sonunda, 2023-2024-cü il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları da təqdim olunub.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

All Plast
Smart Group
14 Store
Dayaq Patronaj Xidməti
Fire Universal Group
Vien Group
Sarvagelli
Kolorit
Al Group
Golden Rouse
Pro Spirt
Dekoriza
Azlab
Globus Travel
Delta tech
Sahibkarlığın İnkişafı Fondu
Nar Mobile
Naxış.az
Net Finance
ST Group
Medical Media
Çapar Group
Fenstar