Ofis Ziyarəti “Tekaz” – 12.10.2023

Bu gün partnyorlarla birlikdə “Tekaz” şirkətinin ofisini ziyarət etdik. Sahibkarlar təşkil olunan çay süfrəsi ətrafında bir-birilərilə tanış olub, əməkdaşlıq imkanlarını dəyərləndiriblər. Ardından şirkətin rəhbəri Kazım Kazımovun təqdimatı baş tutub. Kazım bəy öz təqdimatında uğurlu biznesin necə fəaliyyət göstərdiyini və böyüdüyünü sahibkarlarla bölüşüb. Görüşün davamında partnyorlarımız şourumu gəzib, şirkətin idxal etdiyi məhsullarla daha yaxından tanış olmaq imkanı əldə ediblər.

Nəzərinizə çatdıraq ki, “Tekaz” 2017-ci ildən etibarən daima dünyada tanınmış və keyfiyyətli məişət texnikalarını vətəndaşlara əlçatan etmək üçün çalışmışdır. Hal-hazırda şirkət İtalya və Yunanıstandan mətbəx avadanlıqları, Çindən süni mərmər, Türkiyədən mebel və Rusiyadan qida məhsulları idxal edir.

Görüşdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

Bu kimi görüşlərlə sahibkarları bir araya gətirərək sahibkarlıq ekosisteminin inkişafına vasitəçi olduğumuza inanırıq.

İştirak edən şirkətlər:

Az İnşaat Holding
BSC
Nurlu Perfume Lab
Concrete Bureau
Orand İnşaat
Gens Elektrik
Sabiroğlu
Şərq-Qərb
Ordubad Bazar
KOBİA
Basqal Resort
Fleetstock
Sarvagelli
Tekaz