15 mart 2019-cu il tarixində, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən “Xalq Həyat” Sığorta Şirkəti ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsinə dair 5 illik lisenziya verilmişdir.
Cəmiyyətin nizamnamə kapitalı 15 mln. manat təşkil edir və səhmlərinin 100 faizi “Xalq Sığorta” ASC-yə məxsusdur.
“Xalq Həyat” Sığorta Şirkəti ASC həyat sığortası sahəsində geniş spektr üzrə xidmətlər göstərir. Bu, həm icbari sığorta, həm də könüllü sığorta növlərinə aiddir.
Cəmiyyət 08 may 2019-cu il tarixindən etibarən, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta növünü həyata keçirmək üçün “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının iştirakçı sığortaçıların reyestrinə daxil edilib.
Cəmiyyət Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil sığortaçıların reyestrinə daxil edilib.

Ünvan: Heydər Əliyev pr. 164, AZ 1029 Bakı, Azərbaycan

Telefon: +994 12 310 05 25

web: xalqhayat.az

E-mail:  [email protected]

Facebook: www.facebook.com/xalqhayat

Instagram: www.instagram.com/xalqhayat

Rəy bildirin

This will close in 0 seconds