“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində “Mafia” oyunu – 23.01.2024

23 yanvar tarixində “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində növbəti fəaliyyətimiz “La Liga Lounge Center”də baş tutdu. Xanım sahibkarların layihə çərçivəsində sosial fəaliyyətlərdə bir araya gəlməsi, asudə vaxtın səmərəli şəkildə dəyərləndirilməsi məqsədilə “Mafia” oyunu keçirildi. İştirakçılar səmimi mühitdə həm biznes təcrübələrini bölüşdülər, həm də “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi haqqında bir sıra müzakirələr apardılar.

Nəzərinizə çatdıraq ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Azestetik Group və “Elegant-S” MMC-nin sponsorluğu ilə start götürən “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində müxtəlif mövzularda təlimlər və tədbirlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər təşkil ediləcək. Martın 7-də “8 Mart – Beynəlxalq Qadınlar Günü” münasibətilə təşkil ediləcək tədbirlə layihə yekunlaşacaq.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

MSC Belgelendirme
Saprano Technology
14 Store
Ledior
Nil Təhsil Mərkəzi
İcon Pər
Master Cleaning
Kənd Payım MMC
RA-Miles
Dayaq Patronaj Xidməti
İdeal Print
Catering Baku
GV Estetik