Ofis Ziyarəti “Autolux Azərbaycan” – 23.01.2024

Bu gün “Ofis Ziyarəti” çərçivəsində Azərbaycan Avtomobil bazarının əsas oyunçularından biri olan partnyorumuz “Autolux Azərbaycan”da bir araya gəldik. Çay süfrəsi ətrafında B2B müzakirələrimiz baş tutdu, şirkətin direktor müavini Azər Cəlilov tərəfindən qonaqlara “Autolux Azərbaycan”ın fəaliyyət istiqamətləri, təmsil olunan premium avtomobil brendləri – Abarth, Alfa Romeo, Chrysler, Dodge, Fiat, Fiat Professional və Jeep haqqında məlumat verildi.

Sahibkarlar tərəfindən maraqla qarşılanan ofis ziyarətinin davamında avtosalonu ziyarət etdik. Burada müasir dizayn və texnologiyaya malik olan yüksək performanslı bir neçə avtomobil modeli ilə yaxından tanış olduq.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Grow Audit
Elegant-S
Macis Consulting
Türkeş Decor
Formag Logistika
Socar Petroleum
Electro Mall
Nur Collection
Amazon Travel
Buromax
Maricel Real Estate
Parket Home