“Regional Tərəfdaşların İnkişafı” layihəsi regionlarda B2B əməkdaşlıqları genişləndirmək imkanı təqdim edir. Bu tip onlayn görüşlər isə iştirakçıların regionlarımızla yanaşı paytaxt sahibkarları ilə də sıx əlaqədə olmasına imkan yaradır.

Bu dəfə baş tutan onlayn görüş çərçivəsində Marsol Region partnyorları ilə Marsol Group partnyorlarını yenidən bir araya gətirdik. Görüş çərçivəsində iştirakçılar öz bizneslərini tanıdıb, fəaliyyətləri haqqında təqdimat etdi. Dövlət qurumlarından Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayevdə görüşdə iştirak edərək B2G formatda davam edən müzakirələr zamanı işsiz və işaxtaran vətəndaşların məşğulluq məsələlərinin həlli üçün işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətini vurğuladı.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

This will close in 0 seconds