Dəyirmi masa ətrafında B2B görüş – 23.01.2024

Marsol Group partnyorları arasında növbəti dəyirmi masa ətrafında B2B görüş baş tutub.

23 Yanvar tarixində təşkil olunan görüşdə Marsol Group-un gələcək fəaliyyətləri, eləcə də “Marsol Plus” mobil tətbiqi haqqında müzakirələr aparılıb, bu mövzuda partnyorların təklifləri dinlənilib. Həmçinin, iştirakçılar Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və Marsol Group-un təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində baş tutacaq “5-ci Yerli şirkətlərin tanıtım sərgisi” haqqında məlumatlandırılıblar.

Görüşün sonunda “Marsol Development Center”in ümumi fəaliyyət istiqamətləri, “Gələcəyin sahibkarları” layihəsi çərçivəsində təşkil olunan Beynəlxalq yarışlar və sosial fəaliyyətlər haqqında təqdimat baş tutub. Təqdimat çərçivəsində isə “Marsol Development Center” tərəfindən həyata keçirilən “Planlı gələcək: şəxsi inkişaf, təhsil və kariyera strategiyası” layihəsi üzrə “MDC Map” haqqında məlumat verilib.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!