Dəyirmi masa ətrafında B2B görüş – 24.01.2024

Bu gün Marsol Group partnyorları arasında dəyirmi masa ətrafında növbəti B2B görüş baş tutub.

Görüş zamanı ənənəvi olaraq sahibkarlar arasında tanışlıqlar olub Marsol Group-un gələcək fəaliyyətləri haqqında məlumat verilib. Partnyorların istifadəsinə verilən, səmərəli biznes əlaqələri qurma imkanı hədəfləyən “Marsol Plus” mobil tətbiqi iştirakçıların diqqətinə çatdırılıb, mövzu çərçivəsində müzakirələr aparılıb.

Daha sonra Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA və Marsol Group-un təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində baş tutacaq “5-ci Yerli şirkətlərin tanıtım sərgisi” haqqında da təqdimat baş tutub, partnyorlarımız sərgilə bağlı öz təəssüratlarını bildiriblər.

Görüşün sonunda “Marsol Development Center”in ümumi fəaliyyət istiqamətləri, “Gələcəyin sahibkarları” layihəsi çərçivəsində təşkil olunan Beynəlxalq yarışlar və sosial fəaliyyətlər haqqında təqdimat baş tutub. Təqdimat çərçivəsində isə “Marsol Development Center” tərəfindən həyata keçirilən “Planlı gələcək: şəxsi inkişaf, təhsil və kariyera strategiyası” layihəsi üzrə “MDC Map” haqqında məlumat verilib.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!