Ofis Ziyarəti “Brain of Construction” – 24.01.2024

Bu gün “Brain of Construction” şirkətində baş tutan ofis ziyarəti biznes sahibləri üçün faydalı müzakirələrə imkan yaratdı. Şirkətin rəhbəri Araz Aslanov sahibkarları qarşılayaraq çay süfrəsi ətrafına dəvət etdi.

Görüş zamanı Araz bəy “Brain of Construction”un fəaliyyəti haqqında məlumat verdi, yeni texnologiyaların tətbiq imkanları və gələcəkdə bu sahədə planlaşdırılan inkişaf istiqamətləri, eləcə də hazırki layihələri barədə maraqlı təqdimat baş tutdu. Sahibkarlar tərəfindən maraqla qarşılanan ofis ziyarətində biznes sahələri arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi ilə bağlı müzakirələr apardıq.

Sonda “Brain of Construction”un istehsalat sahəsini ziyarət etdik. Ağıllı ev sistemlərinin istehsalı zamanı istifadə olunan cihazlar, kameralar, sensorlar və digər avadanlıqlarla yaxından tanış olduq.

Qeyd edək ki, şirkət ağıllı ev, təhlükəsizlik və telekommunikasiya sistemlərinin quraşdırılması, onların istismarına nəzarət edilməsi və servis xidmətini həyata keçirir.

Faydalı fikir mübadiləsi ilə başa çatan görüşün bütün tərəflər üçün önəmli nəticələr verəcək əməkdaşlıq perspektivləri açdığına inanırıq.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Construction Business Group
Evsetra
Storm Engineering
SKY Stone
Azela Design
Yekaco MMC
Meslehetci.az
Natura İnşaat