“PAŞA Həyat Sığorta” ASC

“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat” 24.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Təsis olunduğu zaman “PAŞA Həyat”-ın nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır.

“PAŞA Həyat” dinamik inkişaf edən universal həyat sığortası şirkəti olmaqla hazırda Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası sinfinə aid olan bütün növ məhsulları müştərilərinə təqdim edir.

“PAŞA Həyat” İcbari Sığorta Bürosunun iştirakçısıdır.

Ünvan: Bakı, “Sahil Plaza”, M.Useynov pr. 61, AZ1003

Telefon: 012 942 | 994 12 525 29 42

Web: pasha-life.az

E-mail: [email protected]

Facebook: www.facebook.com/pashalifeinsurance

İnstagram: www.instagram.com/pashalifeinsurance