“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi – 06.02.2024

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinin iştirakçıları paxlava master klassı çərçivəsində “Rəmzioğlu Paxlava”da bir araya gəlib.

“Rəmzioğlu Paxlava”dan müxtəlif növ paxlavaların hazırlanmasına dair öyrəndikləri yeni bacarıqlarla öz yaradıcılığını ortaya qoyan sahibkarlar həmçinin aktiv biznesləri və iş prinsipləri barədə danışaraq tanış olublar. Paxlava hazırlanmasında bacarıqlarını inkişaf etdirərkən iştirakçılar arasında özəl və kollektiv nailiyyətləri genişləndirməyə istiqamətlənmiş faydalı ideyalar da müzakirə olunub.

Görüşdə “Rəmzioğlu Paxlava” tərəfindən xanım sahibkarlara hədiyyələr təqdim olunub.

Nəzərinizə çatdıraq ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı, Azestetik Group və “Elegant-S” MMC-nin sponsorluğu ilə start götürən “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsi çərçivəsində müxtəlif mövzularda təlimlər və tədbirlər, ofis-istehsalat ziyarətləri və sosial fəaliyyətlər keçirilməyə davam edəcək.

İştirak edən xanım sahibkarlarımıza təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!