Dəyirmi masa ətrafında B2B görüş – 06.02.2024

Marsol Group partnyorlarını növbəti dəfə dəyirmi masa ətrafında B2B görüşə dəvət etdik.

Fərqli sektorlarda fəaliyyət göstərən sahibkarlarımız öz biznesləri haqqında məlumat verdilər, biznes netvörkinq yönündə təşkil olunacaq görüşlərə dair təqdimatımız baş tutdu.

Təqdimat çərçivəsində sahibkarları yeni fəaliyyətlərimizlə tanış etmək, onların bu fəaliyyətlərlə bağlı təklif və fikirlərini dinləmək imkanımız oldu.

Görüşün sonunda partnyorlarımız “Marsol Development Center”in ümumi fəaliyyət istiqamətləri, “Gələcəyin sahibkarları” layihəsi çərçivəsində təşkil olunan Beynəlxalq yarışlar və sosial fəaliyyətlər haqqında məlumatlandırıldı. Bununla yanaşı, “Marsol Development Center”in həyata keçirdiyi “Planlı gələcək: şəxsi inkişaf, təhsil və kariyera strategiyası” layihəsi üzrə “MDC Map” haqqında məlumat verildi.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!