Dəyirmi masa ətrafında B2B görüş – 06.02.2024

Marsol Group partnyorları ilə bu gün dəyirmi masa ətrafında növbəti görüşümüz baş tutub.

Ənənəvi olaraq sahibkarlar arasında tanışlıq olub, biznes mühitində Marsol Group-un fəaliyyətləri ilə bir araya gələn sahibkarların gələcək layihələrlə bağlı təklif və rəyləri dinlənilib.

Görüşün sonunda isə partnyorlarımız “Marsol Development Center”in ümumi fəaliyyət istiqamətləri, “Gələcəyin sahibkarları” layihəsi çərçivəsində təşkil olunan Beynəlxalq yarışlar və sosial fəaliyyətlər haqqında məlumatlandırılıb. Bununla yanaşı, “Marsol Development Center”in həyata keçirdiyi “Planlı gələcək: şəxsi inkişaf, təhsil və kariyera strategiyası” layihəsi üzrə “MDC Map” haqqında məlumat verilib.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!