“Konsaltinq”ə artan tələb mövzusunda müzakirə masası – 03.02.2024

“Marsol Development Center”in təşkil etdiyi müzakirə masasında konsaltinq sahəsinə olan tələbin artmasına dair müzakirələr aparılıb.

“Think Wise Consulting” şirkətinin rəhbəri Çingiz Novruzzadə tərəfindən verilən təqdimat çərçivəsində konsaltinq xidmətlərinin əhəmiyyəti, onun iş sahələrindəki tətbiqi və tələbin son illərdə necə artdığı barədə məlumatlar verilib.

Müzakirələr zamanı konsaltinq xidmətlərinin müxtəlif sahələrdəki tətbiqi, strategiya işlərinin hazırlanması, proses və prosedurların təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin artırılması, kadr hazırlığı və maliyyə idarəçiliyi kimi mövzulardan danışılıb.

Sahibkarlar konsaltinq xidmətlərinin gələcəkdə daha da geniş tətbiq olunması haqqında fikirlərini bölüşüblər. Müzakirələr iş proseslərinin daha da asanlaşdırılması və səmərəliliyinin yüksəldilməsinin zərurəti ətrafında davam edib.