Ofis-istehsalat ziyarəti “N-Advert” – 06.02.2024

“Ofis Ziyarəti” çərçivəsində partnyorlarımızla birlikdə “N-Advert” şirkətində qonaq olduq.

Sahibkarlar çay süfrəsi ətrafında şirkətin təsisçisi Namiq Nəbiyevin təqdimatı çərçivəsində “N-Advert”in fəaliyyət istiqamətləri haqqında məlumatlandılar. Şirkətlər arasında potensial əməkdaşlıqlar üçün bir çox perspektivlər müzakirə olundu.

Bununla yanaşı, müxtəlif rənglərlə və yaradıcı elementlərlə bəzədilmiş reklam məhsulları haqqında məlumatlanmaq üçün sahibkarlarımızla birlikdə istehsalat sahəsini ziyarət etdik.

Vizual reklamın hazırlanması və quraşdırılması ilə bağlı bütün fəaliyyət növləri üzrə ixtisaslaşan “N-Advert” şirkəti əsasən çöl reklamı olaraq paslanmaz poladdan hazırlanmış qabarıq hərflərin istənilən dizayna uyğun quraşdırılması, pilonlar, avtomobillərin yazılar və ya rəsmlərlə vinillənməsi, sərgi stendlərinin quraşdırılması, qapı lövhələri və bu kimi reklam məhsullarının istehsalı ilə məşğuldur.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!