Dəyirmi masa ətrafında B2B görüş – 08.02.2024

Marsol Group partnyorları dəyirmi masa ətrafında B2B görüş çərçivəsində yenidən bir araya gəlib.

Görüşdə əməkdaşlıq imkanlarını qiymətləndirmək və bu imkanları daha irəli səviyyəyə gətirmək məqsədilə sənayedəki ən son inkişaflar və tendensiyalarla bağlı bir sıra B2B müzakirələr olub.

Daha sonra partnyorlarımız “Marsol Development Center”in ümumi fəaliyyət istiqamətləri, “Gələcəyin sahibkarları” layihəsi çərçivəsində təşkil olunan Beynəlxalq yarışlar və sosial fəaliyyətlər haqqında məlumatlandırılıb. Bununla yanaşı, “Marsol Development Center”in həyata keçirdiyi “Planlı gələcək: şəxsi inkişaf, təhsil və kariyera strategiyası” layihəsi üzrə “MDC Map” haqqında məlumat verilib.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!