Ofis Ziyarəti “A Trading Azerbaijan” – 08.02.2024

Marsol Group partnyorları növbəti ofis ziyarətində “A Trading Azerbaijan”ın qonağı oldu.

Məqsədəuyğun olaraq gələcək layihələr və B2B formatda yeni əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi apardıq.

Şirkətin təsisçisi və direktoru Emin Nuriyevin təqdimatı ilə burada generatorların, təmizlik avadanlıqlarının, tikinti və anbar texnikalarının distribütoru kimi ölkəmizdə inkişaf edən infrastruktur işlərinin qurulması istiqamətində fəaliyyət göstərən “A Trading Azerbaijan” haqqında məlumat aldıq. Şourumda gəzinti zamanı bu avadanlıqlar və qurğularla daha yaxından tanış olduq.

Qeyd edək ki, şirkət respublikada daim yüksək səviyyədə gedən quruculuq işlərində iştirak edən fiziki və hüquqi şəxslərə kənd təsərrüfatı və tikinti sektorunda öz sözünü demiş, böyük şirkətlərə dünyaca məhşur brendlərin məhsullarını, ehtiyat hissələrini və servis xidmətini təklif etmişdir.

Görüşlərimizdə sahibkarlar fərqli sahələrdə fəaliyyət göstərən şirkətlərin iş prinsipi və biznes strategiyalarını öyrənərək uğurlu əməkdaşlıq üçün doğru seçimi etməyə nail olurlar. İnanırıq ki, ofis ziyarəti çərçivəsində aldığımız məlumatlar və qurulan əlaqələr biznes netvörkinq sahəsinə əhəmiyyətli
dərəcədə dəstək verəcək.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Rövşənoğlu Holding
Express Services and Logistics
ARSİ Group
SM Construction
Shabran Wellbeing Resort
Yekaco
La Liga Lounge Center