İşgüzar Səhər Yeməyi “Başkent” – 09.02.2024

Uğurla başa çatan daha bir “İşgüzar Səhər Yeməyi”ndən fotoları sizlərə təqdim edirik…

“Başkent” restoranında Marsol Region və Marsol Group partnyorları ilə yanaşı qonaqların da iştirak etdiyi tədbirdə sahibkarlar arasında yeni tanışlıqlar olub.

Fəaliyyətlərimizlə daha yaxından tanış olan sahibkarlarla biznes netvörkinq sahəsində davam edən bu kimi görüşlərin regionlarımızda inkişafına dair məlumat verilib.

Görüşdə dövlət qurumlarından Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakı və Xüsusi zonalar üzrə koordinatorluğunun KOB dostu Səid Abbasov iştirak edib. Dövlət rəsmiləri ilə sahibkarlıq subyektlərinin və özəl sektorun dəstəklənməsi istiqamətində müzakirələr baş tutub.

Davamında “Marsol Development Center”in həyata keçirdiyi “Planlı gələcək: şəxsi inkişaf, təhsil və kariyera strategiyası” layihəsi üzrə “MDC Map” haqqında məlumat verilib.

Bununla yanaşı, Marsol Region partnyoru olan “Balçı Səyavuş” tərəfindən arıçılıq fəaliyyətləri ilə bağlı video çarx təqdim olunub.

Sonda 2023-2024-cü il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları da təqdim olunub

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!