Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası və Marsol Group-un birgə təşkilatçılığı ilə sahibkarlar üçün müxtəlif mövzularda təlimlər davam edir.
13 oktyabr tarixində baş tutan təlimdə əvvəlcə təlimçi Teymur Muradov çıxış edib. O, təqdimatında partnyorları “Beynəlxalq standartlar və effektiv idarəetmə” mövzusunda maarifləndirib. Həmçinin, ISO Standartları, sertifikatlaşma sahəsində ən çox rast gəlinən yanlış fikirlər diqqətə çatdırılıb.
Növbəti Təlimdə “Arbitro” şirkətinin korporatif hüqüq şöbəsinin müdiri Mətin Mirkazımlı çıxış edib. Mətin bəy, “Hüquqi təsisat kimi müqavilənin əhəmiyyəti” və yazılı müqavilə haqqında mövzulara toxunub. Bununla yanaşı, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
İştirak edən şirkətlər:
Sweet Tweet
Flame Tour
Bal Kamal
RiF Ofis Mebeli
İST Sevices
Agile Solutions
Arbitro
Bestline
Shams Group