“ARBİTRO” Hüquq şirkəti Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, 2019-cu ildən fəlaiyyət göstərir. Fəaliyyətə başladığı gündən indiyə qədər vəkil və hüquqşünaslardan ibarət böyük və təcrübəli kollektivi ilə daim Hüquqi və fiziki şəxslərə peşəkar hüquqi xidmət göstərir.

Korporativ sahədə hüquqi xidmətlərdə ixtisaslaşmış və kifayət qədər təcrübəsi olan ARBİTRO hüquq şirkəti Şirkətlərə əmək, əqli mülkiyyət, miqrasiya, lisenziya, vergi, əmlak və s. mübahisələrində hüquqi məsləhətlər verir, problemləri həll edir. Şirkətin daxili və xarici hüquq mübahisələrində, Dövlət orqanlarında və Məhkəmələrdə təmsil edir, müqavilələri ekspertiza edir və hüquqi rəy verir.

Bundan əlavə şirkət fiziki şəxslərə də hüquqi yardım göstərir, onların hüquq və qanuni mənafelərini Dövlət orqanlarında və Məhkəmələrdə müdafiə edir. Şirkətlərlə, digər fiziki şəxslərlə mübahisələrində özünəməxsus hüquqi yanaşması ilə yüksək səviyyəli məsləhətlər  verir və problemlərin həlli üçün bütün komanda olaraq səy göstərir.

İş prinsipində konfidensiallıq, operativlik, ədaləti üstün tutan ARBİTRO hüquq şirkəti müştərilərindən daim müsbət geri dönüşlər almış, Hüquq Mühafizə Orqanlarında təmsilçiliyi ilə öz peşəkarlığını sübut etmişdir.

Ünvan: Bakı şəh, Binəqədi ray, Həmzə Babaşov 15/21

Telefon: +994 12 569 64 62

Mobil: +994 55 219 55 25

Web: arbitro.az

E-mail: [email protected]