Ofis Ziyarəti “Birgə və Sağlam” İctimai Birliyi – 13.10.2023

Ənənəvi olaraq ziyarət etdiyimiz sosial tərəfdaşımız “Birgə və Sağlam” İctimai Birliyinin Heydər Əliyev Fondu tərəfindən inşa edilən Autizm Mərkəzində partnyorlarımızla birlikdə növbəti görüş baş tutub. Görüş çərçivəsində bir araya gələn sahibkarlar bir-birilərilə “Birgə və Sağlam” İctimai Birliyinin fəaliyyətlərini müzakirə ediblər. Ardından birliyin sədri Aytən Eynalovanın mərkəzin fəaliyyətləri ilə bağlı təqdimatı baş tutub. Aytən xanım xüsusi qayğıya ehtiyacı olan insanların, o cümlədən, uşaqların reabilitasiya xidmətlərindən yararlanması, onlara verilən dəstək proqramları haqqında ətraflı məlumatı diqqətə çatdırıb.

Görüşün davamında sahibkarlar autizmspektr pozğunluqları olan şəxslərə verilən dəstək proqramlarının gerçəkləşdirildiyi zal və otaqları ziyarət edib, proqramların təlim zamanı tətbiqi prosesini əyani şəkildə izləyiblər.

Ən sonda mərkəzin nəzdində autizmli uşaqların fəaliyyət göstərdiyi “Kashalata” kafesi ziyarət edilib. Sahibkarlar burada uşaqların xoş musiqili şousunu dinləyiblər.

Görüşdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Fiore-f
Medical Media
Best Bearings Company
Sultanoğlu Bearings
Nativis
Arter