6 oktyabr tarixində “Bakı KOB evi”ndə xanım sahibkarlar üçün müxtəlif mövzularda təlimlər təşkil olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İş adamları Cəmiyyətinin Milli Assosiasiyası – İCMA və Marsol Group-un birgə təşkilatçılığı ilə baş tutan bu təlimlərdə xanım sahibkarların bilik və bacarıqlarının artırılması üçün vacib məsələlər müzakirə olunub.
Əvvəlcə “QSCert” şirkətinin təsisçisi Teymur Muradov xanım sahibkarları “Keyfiyyəti İdarəetmə Sistemi” ISO standartları ilə tanış edib. Teymur bəy mövzu çərçivəsində standartlar haqqında məlumat verərək sahibkarların bu standartları necə tətbiq edə və bizneslərini necə daha səmərəli edə biləcəyini izah edib.
Sonra “Arbitro” şirkətinin korporativ hüqüq şöbəsinin müdiri Mətin Mirkazımlı “Cinayət prosesində iştirak zamanı sahibkarların hüquq və vəzifələri”, “Dələduzluq cinayətindən müdafiə strategiyaları” və “Şirkətlərin fəaliyyətlərində müqavilələrin əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib. Hüquqi məsələləri dərk etmək və düzgün tətbiq etmək sahibkarlar üçün böyük əhəmiyyət kəsb edir. Mətin bəy iştirakçılara cinayət prosesinə cəlb olunmada qarşılaşa biləcəkləri məsuliyyət və hüquqlarını izah edib.
Mətin bəyin təqdimatı partnyorlara hüquqi məsələlərdə əsaslandırılmış qərarlar qəbul etməyə və mümkün problemləri qabaqcadan müşahidə edərək ehtiyat tədbirləri görməyə kömək etdi.
Görüşün sonunda, 2023-2024-cü il Marsol Group partnyorluğuna qoşulan şirkətlərə “Üzvlük” sertifikatları da təqdim olunub.
İştirak edən xanım partnyorlara təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!
İştirak edən şirkətlər:
Catering Baku
Aila’s Group
World Karyera və Peşə Mərkəzi
İcon Pərdə Dizayn
14 Store.az
LeDiOr Luxury Travel
Nil Tədris Mərkəzi
SMART GROUP
Buta Glass
Lunchef Catering
“Orvita” Psixoloji və Reabilitasiya Mərkəzi
Prochem
Shane School