Ofis ziyarəti və işgüzar axşam yeməyi – “Omnitech”, “Restore” – 06.10.2023

6 oktyabr tarixində partnyorların iştirakı ilə bank, maliyyə, “Fintek” və “HoReCa” kimi müxtəlif biznes sahələri üçün avadanlıq və proqram təminatının tətbiqi istiqamətində fəaliyyət göstərən “Omnitech” şirkətinə növbəti ekskursiya təşkil olunub. Görüş zamanı partnyorlarımız çay süfrəsi ətrafında bir-birilərilə tanış olublar. Ardından şirkətin rəhbəri İlqar Ələkbərov sahibkarları ofislə yaxından tanış edib.

Görüşün davamında yeni fəaliyyətə başlayan partnyorumuz “Restore” restoranını ziyarət etdik. Burada təşkil olunan axşam ziyafətində iştirakçılarla B2B müzakirələr baş tutdu. Restoranın rəhbəri Vasif Paşayev partnyorlarımızla tanış olaraq məkanın fəaliyyətləri haqqında məlumat verdi.

Bununla yanaşı Marsol Group tərəfindən “Restore” restoranının açılışı münasibətilə Vasif bəyə xatirə hədiyyəsi təqdim olundu.

İştirak edən hər kəsə təşəkkür edir, partnyorumuz “Restore” restoranına fəaliyyətlərində uğurlar arzulayırıq!