Şourum ziyarəti “Grado” – 09.08.2023

9 avqust tarixində partnyorlarımızın iştirakı ilə Marsol Group partnyoru olan “Grado” geyim mağazasının şourumunu ziyarət etdik. Mağazanın rəhbəri Ramal Gülmalıyev və Firuz Osmanov bizi çay süfrəsi ətrafına dəvət edərək məhsulları haqqında məlumat verdi. Yeni biznes əlaqələri qurmaq məqsədi ilə bir araya gələn partnyorlar müəssisənin fəaliyyətləri haqqında müzakirələr aparıblar. Daha sonra Ramal bəy sahibkarları şouruma dəvət edərək müxtəlif kişi geyimləri ilə tanış edib.

Qeyd edək ki, kişilər üçün xüsusi olaraq hazırlanmış klassik geyim mağazası olan “Grado” gözəlliyi və rahatlığı bir araya gətirən kişi geyimlərinin satışı ilə məşğuldur. Gözəl və zərif üslubu ilə tanınan “Grado” müştərilərinə yüksək keyfiyyətli geyim məhsulları təklif edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq.