Bugün “Marsol Business Club”da B2B görüş çərçivəsində Marsol Group partnyorlarını bir araya gətirdik. Partnyorlarımız potensial əməkdaşlıqları dəyərləndirmək, iş ortaqlığı qurmaq və Marsol Group-un fəaliyyətləri haqqında fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Görüş zamanı sahibkarlara Marsol Group-un fəaliyyət sahələri ilə yanaşı gələcək fəaliyyətləri ilə bağlı ətraflı məlumat verilib. Bununla yanaşı, tezliklə partnyorların istifadəsinə veriləcək, səmərəli biznes əlaqələri qurma imkanı hədəfləyən “Marsol+” mobil tətbiqi haqqında təqdimat olub. Mobil tətbiqlə bağlı sahibkarların sualları cavablandırılıb.