Ofis Ziyarəti “Modern Hospital” – 10.08.2023

Bu gün Marsol Group partnyorları ilə birlikdə “Modern Hospital”ın qonağı olduq. Hospitalın direktoru Ravil Tağıyev bizi qarşıladı və çay süfrəsi ətrafında tanışlıq oldu. İştirak edən sahibkarlar öz biznes fəaliyyətlərindən danışdılar. Daha sonra, Ravil bəy partnyorlarımıza “Modern Hospital”ın göstərdiyi xidmətlər haqqında ətraflı məlumat verdi. Ən sonda isə hospitalı gəzərək göstərilən xidmətlərlə əyani şəkildə tanış olduq.

Müasir tibbi avadanlıqlarla təchiz olunmuş Modern Hospital yüksək ixtisaslı həkimlərin tətbiq etdikləri müalicə üsulları ilə, hər il on minlərlə pasienti öz sağlamlığına qovuşdurur.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Bayraktar Holding
Beynalxalq Təhsil Mərkəzi
Bio Estetik
Medical Media
Focus Optika
Zamex
VMR Tekstil