Business Breakfast “Prive Steak Gallery” – 09.08.2023

Bu səhər xanım sahibkarların da iştirakı ilə “Prive Steak Gallery” restoranında “Business Breakfast” görüşü baş tutub. Partnyorlarımızın yeni əməkdaşlıqlar qurmaq məqsədi ilə bir araya gəldiyi görüşdə Marsol Group-un gələcək üçün nəzərdə tutulan fəaliyyətləri haqqında məlumat verilib. Həmçinin, görüşdə iştirak edən partnyorumuz “Şərq Motors” şirkətinin təqdimatı baş tutub. Təqdimat çərçivəsində şirkətin beynəlxalq əlaqələr və marketinq departamentinin direktoru Vasif Babayev Korea və Avropa istehsalı olan avtomobillərə ehtiyat hissələrinin idxalı, satışı və servis xidməti haqqında partnyorlarımızı məlumatlandırıb. Görüşün sonunda “Şərq Motors” tərəfindən partnyorlarımıza hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “Şərq Motors” 2007-ci ildə “Hyundai Auto Azerbaijan”ın rəsmi dileri, 2010-cu ildə isə “Kia Motors Azerbaijan”ın rəsmi dileri olmuşdur. Şirkət Aftermarket satış şöbəsi ilə müştərilərinə genişmiqyaslı şəkildə Azərbaycanın bütün bölgələrinə topdan və pərakəndə ehtiyat hissələrinin satışını təmin edir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Moon Group
Grado.az
ArchiCO Academy
Crispa
Şərq Motors
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi
Behrud
Prof-Dez
Bakı Gənclər Mərkəzi
Master Cleaning
Outside
İcon Pərdə Dizayn
Bloom Group
Halal-P
NET Elektrik
Hellmann Worldwide Logistics
TWC
Fiore F
İvento
Brake Systems Azerbaijan
S-Enna
Unilift
LaLiga Game Center
Kibrit Tech
Bestcomp Group
Qmeter
Saat Store