Regiondaki sahibkarlarla görüş “Lənkəran-Astara”

Lənkəran – Astara bölgəsində fəaliyyət göstərən sahibkarlarla görüşlərimiz davam edir.

Lənkəran – Astara bölgəsində fəaliyyət göstərən yerli sahibkarların xidmət və istehsalatlarıyla yaxından tanış olduq. Potensial əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məqsədi ilə sahibkarlara Marsol Region-un fəaliyyətləri, işgüzar səfərlər və networkingin faydaları, haqqında məlumat verdik. Bakı sahibkarları ilə yanaşı region sahibkarlarını da fəaliyyətlərimizlə tanış etməkdə məqsədimiz sahibkarlığın və sahibkarların daha da inkişaf etməsi, sosiallaşması və problemlərə birlikdə həll yolu tapmaqdır. İqtisadiyyatının əsasını aqrar-sənaye kompleksi təşkil edən Lənkəran – Astara bölgəsində ən yaxın zamanda fəaliyyətlərimiz başlayacaqdır.