Ofis Ziyarəti “Dinçer və Carçıoğlu” – 08.08.2023

“Ofis Ziyarəti” görüşü çərçivəsində bu gün “Dinçer və Carçıoğlu” şirkətinin ofisində qonaq olduq. Şirkətin fəaliyyət istiqaməti qida və qeyri-qida məhsullarının topdan və pərakəndə satışı olub, Azərbaycanda biznesin müxtəlif sahələrində təmsil olunan iri şirkətlər qrupundan biridir. Partnyorlarımızın iştirak etdiyi görüşdə şirkətin biznes inkişaf direktoru Rövşən Məsumov bizləri çay süfrəsi ətrafına dəvət etdi. Rövşən bəy öz təqdimatında şirkətin qısa zaman ərzində müştəri və partnyorlarının rəğbətini qazanması ilə yanaşı biznes təcrübələri ilə bağlı düşüncələrini də bölüşdü.

Görüş çərçivəsində partnyorlar bir-birilərilə tanış olaraq şirkətin fəaliyyət sahəsi əsasında maraqlı müzakirələr ortaya qoyublar. Daha sonra Rövşən bəy bizləri şouruma dəvət edərək keyfiyyətli qida və qeyri qida məhsulları ilə yaxından tanış etdi.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Doğtaş
Arzu Design Group
İmzalı İnşaat
Catering Baku
Bravo Technology
Dekoriza
Techmaster
166 Yükdaşıma
Caspian Cable Systems
Ato Slim
Avtoprofi