Şourum ziyarəti “Demo Gastro” – 24.08.2023

Bugünkü növbəti ziyarətimiz Türkiyənin məşhur markası olan “Porland Porselen”in Azərbaycandaki rəsmi nümayəndəsi “Demo Gastro” şirkətində baş tutdu. Şirkətin təsisçisi Fatimə Baxşəliyeva bizləri çay süfrəsi ətrafına dəvət edərək fəaliyyətləri haqqında məlumat verdi. Fatimə xanım həmçinin otel və restoran avadanlıqlarının satışı ilə məşğul olduqlarını vurğuladı. Görüşün davamında partnyorlarımıza maraqlı gələn məhsullarla yaxından tanışlıq üçün şourumda gəzinti baş tutdu. Fatimə xanımın rəhbərliyi ilə partnyorlarımız estetik formalara sahib olan qablarla yaxından tanış oldu.

Qeyd edək ki, “Porland” Türkiyənin Bilecik və Gebze bölgələrində yerləşən istehsal müəssisələrində ildə təxminən 70 milyon ədəd məhsul istehsal edir. Təbiətdən alınan ilhamla şüşə qabları ən estetik formalarda dizayn edərək təqdim edən və 30-dan çox ölkəyə ixrac edən “Porland”, 2008 ci ildən ölkəmizdə də öz işinə başlamışdır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Antik İnşaat
Kapital Bank
TEK Group
ERZ Ofis Mebeli
Kart Pak
YEK Production
SG Logistics
Məsləhətçi.az
Catering Baku