Ofis Ziyarəti “United Payment” – 24.08.2023

Partnyorlarımızla birlikdə bugün, şirkətlərə yüksək texnologiyalı maliyyə alətlərini təmin edən “United Payment”in ofisini ziyarət etdik. Partnyorlar arasında baş tutan tanışlığın ardından şirkətin həmtəsisçisi və direktoru Edqar Abdullayev öz təqdimatında şirkətin fəaliyyətlərindən və tarixindən danışdı. Görüşün davamında partnyorlarımız bir-birilərilə bizneslərini müzakirə etməklə yanaşı şirkətin fəaliyyətləri haqqında fikir mübadiləsi apadılar.

Nəzərinizə çatdıraq ki, “United Payment” pulla bağlı hər hansı tapşırıqda virtual və ya fiziki kartlar, onlayn ödənişlərin qəbulu, beynəlxalq pul köçürməsi, pul kisəsi həlləri, nağd pulun idarə edilməsi və digər fintech həllərini özündə cəmləşdirir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Moon Group
ZAM EXPRESS
FİORE-F
Social Lab
Qolat Sport Services
Texno Gallery
OK Media
İnmotion Trading