Portuqaliya Biznes Kampı – 23.08.2023

“Gələcəyin Sahibkarları” layihəsinin iştirakçıları, Marsol Karyera və İnkişaf Mərkəzi ilə Shane Academy-nin birgə təşkil etdiyi Portuqaliya biznes kampının növbəti günü Lisbon Okeanarium’a səyahət ediblər. Onlar akvariumlarda böyük balıqları, tısbağaları, sirenaları və təlim keçmiş delfinlərin tamaşasını izləyib, əyləncəli zaman keçiriblər.

Daha sonra onlar Portuqaliyanın məşhur universitetlərindən biri olan və bir çox məşhur şirkətlər üçün kadr yetişdirən “Lusofona” Universiteti ilə yaxından tanış olublar. Təlim çərçivəsində prorektorlar tələbələrin suallarını cavablandırıb, onlara təhsil, təqaüdlər, iş imkanları və bu universitetdə təhsil almağın onlar üçün önəmindən bəhs edib.

Faydalı fəaliyyətlərlə dolu təlimdən sonra iştirakçılar kampusu gəziblər.

Beləliklə, həm faydalı, həm də gözəl təəssüratlarla dolu bir gün daha başa çatıb.