Ofis Ziyarəti “Mesa Group” – 24.08.2023

24 avqust tarixində tibbi və estetik avadanlıqların satışı, servisi, təlimi ilə məşğul olan partnyorumuz “Mesa Group” şirkətinin ofisini ziyarət etdik. İştirak edən partnyor şirkətlər öz fəaliyyət sahələri və iş prinsipləri barədə məlumat verərək bir-birilərini daha yaxından tanıdılar. Həmçinin, onlar Marsol Group-un fəaliyyətləri haqqında fikir mübadiləsi apardılar. Daha sonra “Mesa Group”un rəhbəri Məftun Xəlilov klinika, hospital, SPA mərkəzlərinin avadanlıq təchizatı ilə yanaşı avadanlıqların servis xidməti və professional seminarlar haqqında partnyorlarımızı məlumatlandırdı.

Ən sonda Məftun bəy sahibkarları şouruma dəvət etdi. Partnyorlarımız şourumu gəzərək ən yeni texnologiyalar üzərində hazırlanmış, professional mütəxəssislər üçün olduğu kimi yeni başlayan dermatoloqlar üçün də nəzərdə tutulmuş, istifadəyə rahat cihazlarla tanış olublar.

Qeyd edək ki, “Mesa Group” şirkəti bütün “MDB” ölkələri üzrə tibbi və estetik avadanlıqların satışı, servisi, təlimi və seminarların təşkilatı ilə məşğul olan ən böyük və aparıcı şirkətlərdən biridir. Həmçinin şirkət “Plexr”, “Mantis”, “CooLifting”, “Elemenic”, “FireSun” və digər bu kimi estetik və tibbi cihazların istehsalıyla məşğul olan dünya nəhənglərinin Azərbaycandakı rəsmi distribütoru və təmsilçisidir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Medical Media
Nativis
Azela Sposa
Express Logistika
Modern Hospital
Acıbadem
Good Finance
Marxal
Kibritech
Mediazadə