Şourum Ziyarəti “BF Home” – 22.08.2023

Partnyorlarımızla birlikdə bu dəfə “BF Home” şirkətinin şourumunda qonaq olduq. 2005-ci ildən fəaliyyət göstərən şirkətin rəhbəri Nofəl Əliyev partnyorlarımızı çay süfrəsi ətrafına dəvət edərək müəssisənin tarixi və fəaliyyətləri haqqında məlumat verdi. Nofəl bəy həmçinin 2013-cü ildən Azərbaycana, Avropa ölkələrinə məxsus məşhur pərdə, jalüz və aksessuar markalarını gətirdiklərini vurğuladı. “BF Home” mağazalar şəbəkəsi haqqında ətraflı məlumat əldə edən partnyorlarımız daha sonra şirkətin məhsulları ilə yaxından tanış olmaq üçün şourumu gəzdilər. Nofəl bəy gəzintidə bizlərə rəhbərlik edərək məhsullar haqqında ətraflı məlumat verdi.

Qeyd edək ki, “BF Home” qazan-tava, qaşıq-bıçaq, çay, şüşə dəstlərinin satışı ilə məşğuldur. Bununla yanaşı Avropa ölkələrinə məxsus müxtəlif növ pərdə, jalüz və aksessuarları bir ünvanda cəmləşdirir.

Görüşdə iştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

World Karyera və Peşə Mərkəzi
Orvita Psixoloji və Reabilitasiya Mərkəzi
GV Estetik Mərkəzi
BMZ Collages
Smart Group
İdeal Print
FFF+N