Ofis Ziyarəti “Grow Audit” – 22.08.2023

Bugün baş tutan növbəti ofis ziyarətimizin ünvanı “Grow Audit” şirkəti olub. Biznesdə netvörkinqin önəmini bir daha vurğulamaq məqsədi ilə partnyorlarımızla bir araya gəldiyimiz görüşdə şirkətin təsisçisi Orxan Abdurahmanov bizləri çay süfrəsi ətrafına dəvət etdi. Görüş zamanı Orxan bəy şirkətin fəaliyyət sahələri haqqında partnyorlarımızı məlumatlandırmaqla yanaşı öz biznes təcrübələrini bölüşdü. Görüşün davamında partnyorlarımız bir-birilərilə şirkətin fəaliyyəti haqqında fikir mübadiləsi aparmaq imkanı əldə etdilər.

2011-ci ildən fəaliyyət göstərən “Grow Audit” mühasibat, vergi, hüquq və audit xidmətləri sahəsində müştərilərin ehtiyacını qarşılayır.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!