Stresli iş mühitlərində bəzən sahibkarlar rəqabət və daim dəyişən problemlərlə üzləşirlər. Günümüzə enerjili bir başlanğıc etmək üçün bu səhər xanım sahibkarlarla “Yoqa” fəaliyyəti təşkil etdik. Açıq havada keçirilən bu fəaliyyətdə iştirakçıların stresdən uzaqlaşaraq daxili rahatlıq tapmağını hədəflədik.

Yoqanın əsas mənalarından biri bütövləşməkdir. Bu fəlsəfəyə görə, ziddiyyətlər aradan qalxmalı, daxildəki hisslər bir yerə toplanmalıdır. Fiziki məşqləri təmin etməklə yanaşı, həm də zehni və emosional tarazlığın tapılmasına dəstək verir. Buna görə günə “Yoqa” ilə başlamaq insanlara enerji verərək zehni sakitləşdirmək və çətinliklərə daha yaxşı diqqət yetirmək imkanı təqdim edir.

Qeyd edək ki, “Yoqa” stresi azaltmaqla yanaşı həm də, iştirakçılar arasında bağ yaradıb və əməkdaşlıq ruhunu təşviq edib.

Fəaliyyətdən sonra təşkil olunan səhər yeməyində xanım sahibkarlar bir-birilərilə “Yoqa”nın fiziki və zehni sağlamlığa təsirlərindən danışaraq hömsöhbət olublar.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!