Sosial Fəaliyyət “Mafia” – 31.01.2024

Sahibkarlar Marsol Group-un növbəti fəaliyyətində “Mafia” oyunu çərçivəsində bir araya gəlib.

“La Liga Lounge Center”də baş tutan görüşdə partnyorlar öz şirkətləri haqqında məlumat verərək tanış olublar. Biznes imkanlarını araşdırmaq və bu imkanlar çərçivəsində yaranan əməkdaşlıq potensiallarını dəyərləndirməklə bağlı müzakirələr aparılıb.

Öz strategiyalarını ortaya qoyan iştirakçılar maraqlı və yaradıcı qərarlar qəbul etməklə oyunun gedişatını dəyişiblər. Oyunun sonunda qalib müəyyənləşib oyundakı uğurları üçün təqdir edilib.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzu edirik!

İştirak edən şirkətlər:

Global Logistics
Elektro Mall
İdeal Dizayn
Roland
Kapitan Su
Natural Meat
Amazon Travel
İndiqator Avto
Unity Technology
Car Club
AAC-Qobustone
Rollup.az
İnox