“Regional Tərəfdaşların İnkişafı” layihəsi çərçivəsində bu gün baş tutan onlayn görüşdə partnyorlar arasında yeni tanışlıqlar olub.B2B formatda dialoqlar və müzakirələrlə davam edən görüşdə Sahibkarlığın İnkişafı Fondunun partnyorlarla iş şöbəsinin aparıcı mütəxəssisi Orxan Gülalıyev də iştirak edib. Orxan bəy regionlarda iqtisadi fəallığın artması üçün sahibkarlığın inkişafı sahəsində görülən tədbirlər haqqında məlumat verib. Görüş iştirakçıları arasında sahibkarlıq məsələləri, dövlət dəstəyi, vergi güzəştləri və kreditləşmə mexanizmləri müzakirə olunub.Sonda isə sahibkarlar Marsol Group-un gələcək fəaliyyətləri, regionlarımızda fəaliyyət göstərən sahibkarlarla işgüzar görüşlər və yeni layihələr barədə fikirlərini səsləndiriblər. İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

This will close in 0 seconds