Ofis Ziyarəti “Concrete Bureau” – 31.01.2024

Marsol Group partyorları inşaat sektorunda fəaliyyət göstərən “Concret Bureau”Concrete Bureau” şirkətinin ofisini ziyarət ediblər.

Partnyorlarımız şirkətin ofisində səmimi mühitdə tanış olaraq əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Şirkətin təsisçisi və direktoru Bəxtiyar Əhmədov tərəfindən çay süfrəsi ətrafında qonaqlara “Concrete Bureau”nun fəaliyyət istiqamətləri və layihələri barədə təqdimat nümayiş olunub. Təqdimat zamanı şirkətin həyata keçirdiyi dövlət əhəmiyyətli, korporativ və fərdi olan yüksək perspektivli layihələr diqqətə çatdırılıb.

Nəzərinizə çatdıraq ki, “Concrete Bureau” hazırda mühəndislik, memarlıq, inşaat , təmir – tikinti, interyer – dizayn və eksteryer – landşaft işlərini yüksək peşəkarlıqla reallaşdırır. Şirkət paytaxtla yanaşı Azərbaycanın müxtəlif bölgələrində də, beynəlxaq sferada reallığını tapmış yüzlərlə irili-xırdalı layihənin müəllifidir.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Easy Solution
Thermoplast
Unique Lab
AAFT
Baku Stone Factory
Mars A
BSC
Proglass
İcon Pərdə
MR Group
A Trading Azərbaycan
Doğtaş