Sosial Fəaliyyət (Mafia) – 11.01.2022

11 yanvar partnyorumuz “La Liga Lounge Center”də “MARSOL” tərəfdaşlarının asudə vaxtlarının səmərəli keçirilməsi və yeni biznes əlaqələrinin qurulması üçün nəzərdə tutduğu sosial fəaliyyətlərindən olan növbəti mafia oyunu və axşam ziyafəti baş tutdu. Öncə “MARSOL” tərəfdaşları arasında tanışlıqlar oldu və şirkətlərinin təqdimatını etdilər.

Partnyotlarımız sahibkarlıq fəaliyyətləri haqqında məlumat verdikdən sonra oyuna başladılar. İştirakçılar zamanla təkmilləşmiş və yeni funksiyalı oyun sergiləyərək maraqlı oyun apardılar. Mafia oyunu hər dəfəsində fərqli iştirakçılarla reallaşdığına görə fərqli strategiyalarla qarşılaşırıq və oyun daha da maraqlı olur.
İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.


İştirak edən şirkətlər:

Ae Servis
BSC
New Life Systems
Panton
Express Services & Logistics
İdeal Dizayn
Zərif Jevellery
Pak Xalça
Flame Technologies
Sirab
Euroglass Art
Kapital Bank
Ulduz Paintball
Azestetik