Business Breakfast “Özsüt” – 12.01.2022

MARSOL tərəfdaşları arasında növbəti “Business Breakfast” görüş Özsüt restoranında baş tutub. Partnyorlarımız arasında ənənəvi olaraq tanışlıq olub və tərəfdaşlarımız şirkətləri haqqında məlumat verib. Bununla yanaşı MARSOL şirkətinin rəhbəri Tural Mustafayev, partnyorlarımızla birgə Ukraynaya təşkil olunan işgüzar səfər və Ukraynada fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə görüşləri haqqında ətraflı məlumat verdi.
Həmçinin “Business Breakfast” görüşümüzdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Analitika və koordinasiya şöbəsinin baş mütəxəssisi Əbdül bəy iştirak etdi. Partnyorlarımızın suallarını cavablayaraq onlara fəaliyyət istiqamətlərində məsləhətlər verdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər –

Özsüt
Meslehetci.az
Panda School
Dekoriza
Flay Blast
KOB
Sharaf Media
Concept Home
Crispa
Prof Solition
AzFinance İnvest Company
L Sim
Humel
Sr Broker
Baycan
ADRA
Şərq Motors
Kapital Bank
Proneo