Ofis Ziyarəti “Shams Group” – 12.01.2022

Bugün partnyorlarımızla birlikdə tərcümə sahəsində 20 ildən artıq fəaliyyət göstərərək yazılı və şifahi formada bədii, texniki, tibbi, hüquqi, iqtisadi sahələrdə tərcümə xidmətlərinin geniş spektrini, filmlərin tərcüməsi, sənədlərin notarial təsdiqi və digər tərcümə xidmətlərini təqdim edən “Shams Group”un qonağı olaraq, xidmətlərilə əyani şəkildə tanış olduq. Həmçinin “Shams Group”un rəhbəri Nəsimi bəy və müavini Müşfiq bəy həyata keçirilən layihələr haqqında məlumat verdilər. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri və həmçinin il ərzində partnyorlarına “Business Catalogue” jurnalını təqdim edən MARSOL şirkəti də “Shams Group”un xidmətlərindən istifadə edir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Marsol MMC
Shams Group
Shams Group
Net Finance
Laliga Game Center
Logi Group
Azestetik Group
Primex
N-Advert
Marsol MMC