Ofis Ziyarəti “Emlak.az” – 11.01.2022

Partnyor şirkətlərin qarşılıqlı fəaliyyətləri ilə daha yaxından tanış olması məqsədi ilə təşkil etdiyimiz “Ofis Ziyarətimiz” bu dəfə “Emlak.az” şirkətində baş tutdu. Partnyorlarımız “Emlak.az”ın fəaliyyəti haqqında şirkətin rəhbəri Əli bəy tərəfindən məlumatlandırıldı. Şirkətin rəhbəri Əli bəy 2012-ci ildən fəaliyyət göstərən “Emlak.az” saytının Azərbaycanda əmlakın alqı-satqısı portalı olduğunu və günü-gündən inkişaf edən saytın gün ərzində minlərlə istifadəçisi olduğunu vurğuladı. Daha sonra yeni layihələri olan “Astalanya City” istirahət şəhərciyi haqqında ətraflı məlumat verdi. Şəhərciyin Astara rayonu, Qamışoba kəndinin dəniz sahillərində, Bakıdan 260 km məsafədə yerləşdiyini qeyd etdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Ağ Saray Residence
Polistar
Baykon İnşaat
Tatoğlu
Pro Glass
Mibella
Qobustone
Evimiz
Zərif Emin İnteriors