Business Breakfast “DineHall Barbecue & Brasserie” – 11.01.2022

Bu gün MARSOL partnyorlarının iştirakı ilə “DineHall” restoranında Business Breakfast görüşü baş tutdu. Səmimi mühitdə həyata keçən görüş zamanı partnyorlarımız arasında yeni tanışlıqlar oldu. Həmçinin MARSOL sponsorlarından olan “Sabiroğlu” şirkətinin təqdimatı reallaşdı. Belə ki, şirkətin rəhbəri Samir bəy “Sabiroğlu” şirkətinin fəaliyyətləri, missiya və vizyonlarını əhatə edən video çarx təqdim etdi və qeyd etdi ki, “Sabiroğlu” MMC Türkiyənin “Koç Holding”-ə məxsus olan OPET FUCHS, SARDES FİLTER və DELSA FİLTER şirkətlərinin, Rusiyanın Star VOLT, Carville, Luzar, və Coolstream şirkətlərinin Azərbaycanda rəsmi distribütorudur.
Bununla yanaşı partnyorumuz “DineHall” restoranının “events” bölməsinin nümayəndəsi Ellada xanımın təqdimatı gərçəkləşdi. Belə ki, Ellada xanım “DineHall” restoranında təşkil olunan tədbirlər və keçirilən işgüzar yeməklər haqqında məlumat verdi və həmçinin MARSOL partnyorlarına restoran tərəfindən daha xususi xidmət göstəriləcəyini də bildirdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Kirs Construction
Grow Audit
A+A (qonaq)
Bravo İt
S-Enna
Netcond
BBM-Fidan icraci direktor
A Trading Azərbaycan
Naxçıvan Bank
Logix
Tekaz
Almet
Ecober
Armony MTK
Pərdəçi
De promo
Antik İnşaat
Gens Elektrik
Proav
Consept Consulting
Myziron
Birgə və sağlam İB
Kavrolin.az
Abşeron Logistika Mərkəzi
Emrahoğlu
Azena
Enerji -N MMC
Blum
Sabiroğlu