Sosial Fəaliyyət (Mafia) – 06.01.2022

6 yanvar partnyorumuz “Laliga Game Center”də sosial fəaliyyətlərimizdən olan mafia oyunu və axşam ziyafəti baş tutdu. Ənənəvi olaraq partnyorlarımız arasında tanışlıqlar oldu və sahibkarlıq fəaliyyətləri haqqında geniş məlumat verdilər. Partnyorlarımız şirkətlərinin təqdimatını etdikdən sonra mafia oynadılar. İlk dəfə iştirak edən iştirakçılar olmağına baxmayaraq maraqlı oyunlar sərgiləyərək görüşü daha da maraqlı etdilər. Bu tip görüşlərin keçirilməsində əsas məqsəd sahibkarların netvorkinq və dostluq əlaqələrinin gücləndirilməsidir.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Logi Group
Fresh Air
Unolab
MR Group
Saloni
Rota Group
Ruzi
Moon Group
Ahmadoglu
Banu Bağça
Arter
Təndir-Məndir
Besttech
Qurban.az
Sg Logistics
Köynəkçi
Bayraq evi
DillBill
Qanun Mühasibatlıq
Laliga Game Center