Business Breakfast “DineHall Barbecue & Brasserie” – 06.01.2022

Bu gün 40-a yaxın sahibkarın iştirakı ilə 2022-ci ilin ilk “Business Breakfast” görüşü baş tutdu. Görüşdə iştirak edən partnyorlarımız tanış olaraq şirkətləri haqqında məlumat verdi. Bununla yanaşı görüşdə “Dövlət Məşğulluq Agentliyi”nin böyük mütəxəssisi Aqşin bəy iştirak edərək agentlik və fəaliyyətləri haqqında sahibkarları məlumatlandırdı. Daha sonra partnyorumuz “Vitam” şirkətinin rəhbəri Tehran bəy şirkətin fəaliyyətilə bağlı təqdimat etdi. Tehran bəy Özbəkistanda təhvil verdikləri “Bosch” şirkətinin reklam işlərindən də danışdı.

Ən sonda “DineHall” restoranının “events” bölməsinin nümayəndəsi Ellada xanım restoranda təşkil olunan tədbirlər və keçirilən işgüzar yeməklər haqqında məlumat verdi və həmçinin MARSOL partnyorlarına restoran tərəfindən daha xususi xidmət göstəriləcəyini də bildirdi.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Marsol MMC
Fire Universal Group
Caspi Cuisine
Azplasttech
Fenstar
Unilegal
Azestetik Group
Flame Tours & DMC -Azerbaijan
NLP Center
Vitam
Simurq Supplier
Kababcı Restoranı
Shams Group
Dövlət Məşğulluq Agentliyi
One Smart Star
Net Elektrik
Sabiroğlu MMC
Emlak.az
Caravan Group
Marcom
VMR Tekstil
Marry Me
İnnes
Formag Baku
Kapital Bank
Allplast
Dr Qoşqar
Natura İnşaat
Deltatech
Outside
3D Klubu
Hood Academy
Saat Store
Vibrostone
Unilift
Zahra Clinic