Business Breakfast “Fisincan” – 07.01.2022

Sahibkarların netvorkinq əlaqələrinin gücləndirilməsi məqsədilə təşkil etdiyimiz növbəti “Business Breakfast” görüş bu gün partnyorumuz “Fisincan” restoranında baş tutdu. Şirkət rəhbərləri arasında tanışlıqlar oldu, eyni zamanda sahibkarlar öz işləri haqqında məlumat verdi. Daha sonra partnyorumuz, ölkə daxili sürətli kuryer xidməti təklif edən “Primex” şirkətinin nümayəndəsi Camal bəyin təqdimatı gərçəkləşdi. Belə ki, Camal bəy “Primex” şirkətinin əsas məqsədinin müştərilərin mühüm məktublarını, iş sənədlərini və məxfi sənədlərini təhlükəsiz, sürətli və vaxtında çatdırmaq olduğunu qeyd etdi. Bununla yanaşı şirkətin “Dövlət Məşğulluq Agentliyi” ilə də əməkdaşlıq etdiyini vurğuladı.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

Görüş pandemiya ilə bağlı qaydalara uyğun olaraq təşkil olunmuşdur.

İştirak edən şirkətlər:

Strix
Marsol
Time Consulting
Primex
Estet Company
Kart Pak
Armony MTK
Billur MS
Ok Media
Modern Hospital
Logitrans
Zərif
Moboil
Green Wood
Sr Broker
Abşeron Logistika Mərkəzi
Caucasus Geo Survey
Onur Plast
Foto Xalça
Feram Group
Elka Homes