Ofis Ziyarəti “Star Group” – 07.01.2022

2022-ci ilin ilk “Ofis Ziyarəti” partnyorumuz “Özsüt” restoranlar şəbəkəsinin də tərkibində fəaliyyət göstərdiyi “Star Group” şirkətində baş tutdu. Görüşdə iştirak edən partnyorlarımız bir-birlərilə tanış oldu və şirkətləri haqqında məlumat verdilər. Daha sonra “Star Group” şirkətinin həmtəsisçisi Renat bəy şirkət haqqında ətraflı məlumat verdi. Belə ki, Renat bəy “Star Group”un özündə müxtəlif sahələri əhatə edən şirkətləri birləşdirən, yenilikçi və dinamik inkişaf edən holdinq olduğunu qeyd etdi. E-commerce, beynəlxalq daşıma, logistika, restoran və ictimai iaşə, tibbi avadanlıqların idxalı, tibbi məhsulların istehsalı, şirkətin fəaliyyət istiqamətlərini təşkil edir. Hazırda qrupa 9 şirkət daxildir.

Ən sonda partnyorlarımızla birlikdə ofisi gəzdik və fəaliyyətlərilə yaxından tanış olduq.

İştirak edən hər kəsə təşəkkür edir, işlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Star Group
Luck Office Support
Dinçer və Carçıoğlu BM
Arbitro
Caspian Textile
BMY Caspian
Novator
Nano