Sosial Fəaliyyət “Mafia” – 01.08.2023

1 avqust tarixində “La Liga Lounge Center”də təşkil etdiyimiz “Axşam ziyafəti” və “Mafia” oyununda sahibkarların asudə vaxtlarını əyləncə dolu keçirmələrini hədəflədik. Yeni əməkdaşlıq imkanları yaratmaq məqsədi ilə bir araya gələn partnyorlar bir-birilərilə yaxından tanış olaraq öz biznes təcrübələri haqqında fikir mübadiləsi aparıblar. Ən sonda görüşdə iştirak edən “Superfon” şirkətinin satış direktoru Anar Heydərov tərəfindən partnyorlarımıza hədiyyələr təqdim olunub. Görüşdən fotoları sizlərlə bölüşürük.

İştirak edən hər kəsə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzulayırıq!

İştirak edən şirkətlər:

Express Services and Logistics
Roland
Superfon
Brake Systems Azerbaijan
NURLU Perfume Lab
İST Services
Azer Atribut
Ecober
Marry Me
Pos.az
MAURRRA GROUP
Logi Group
Beynəlxalq Təhsil Mərkəzi
Mediazadə Reklam Şirkəti